"Ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsinə iki raketlə zərbə Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən həyata keçirilib".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 

"Səhər saat 11:10-da Kiyev rejiminin nəzarətində olan ərazidən iki raketin buraxılışı qeydə alınıb. Təyyarə 2-3 dəqiqə ərzində məhv edilib. Təyyarə hava hücumundan müdafiə sistemləri ilə vurulub. İl-76-ya zərbə ya Amerika, ya da Fransa sistemləri tərəfindən həyata keçirilib, dəqiq təfərrüatlar yaxın günlərdə müəyyənləşəcək. Qəza ilə bağlı ekspertizaların nəticələri bir neçə gün ərzində açıqlanacaq", - deyə Putin bildirib. 

Nuranə Abbasova