Tanınmış yazıçı Boris Akunin (əsl adı Qriqori Çxartişvili) cinayət maddəsi ilə axtarışa verilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında məlumat yayılıb.

"Qriqori Şalvoviç Çxartişvili. 1956-cı il mayın 20-də anadan olub. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", - məlumat bazasında deyilir.

Məlumat bazasında axtarışın hansı maddə ilə aparıldığı göstərilməyib.

Qeyd edək ki, Boris Akunin Rusiyada xarici agent kimi tanınır, terrorçu və ekstremistlər siyahısına daxil edilib.