Amerikanın Kaliforniya ştatının Treysi şəhərinin sakini Meysi Devis-Sazerlend dünyanın ən uzun qol tükünə görə Ginnesin Rekordlar Kitabına düşüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Meysi 2012-ci ilə qədər qolundakı tüklərin uzunluğuna fikir verməyib. Lakin yaxın dostu Kaylinin ailəsi onun diqqətini bu məsələyə çəkib.

Meysi həkimə müraciət edib və tüklərin uzunluğunun 14,2 santimetr olduğunu öyrənib. O, qolundakı tükləri bir qədər də uzadıb Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət etməyi qərara alıb. 

2023-cü ilin dekabrında o, qollarındakı tükləri yenidən ölçüb və onun uzunluğu 18,4 santimetr olmaqla, qadınlar arasında rekordçu olub. Qız hazırda 21,7 santimetr göstərici ilə Kaliforniya əsilli Devid Ridə məxsus olan mütləq rekordu qırmağı planlaşdırır.