Ermənistan humanitar məqsədləri təhbər tutaraq, Dağlıq Qarabağ rəsmilərindən (separatçı rejimin nümayəndələri - red.) aldığı bütün minalanmış xəritələri Azərbaycana verib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in "X" sosial hesabında qeyd olunub.

Paylaşımda həmçinin bildirilir ki, sonradan Qarabağın keçmiş "rəsmilərindən" dəqiqləşdirmələr apararaq, onları Azərbaycana təhvil vermək üçün yeni xəritələr hazırlanıb.

 Ağarza Elçinoğlu