Bakıda avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarına daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “Mercedes” markalı avtomobilin 2500 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.

Paytaxtda daha bir oğurluq marketdə qeydə alınıb. Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən marketlərin birindən 6055 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.