Hindistan və Fransa Hindistan silahlı qüvvələri və dost xalqlar üçün hərbi texnika, o cümlədən helikopter və sualtı qayıqların birgə istehsalına dair razılığa gəliblər. 

"Unikal" xəbər verir ki, bu barədə Hindistan hökuməti məlumat yayıb.

Fransa lideri Hindistanın Respublika Gününə həsr olunmuş hərbi paraddan sonra baş nazir Narendra Modi ilə görüşüb.

Makron və Modi hərbi istehsal, nüvə enerjisi, kosmik tədqiqatlar, səhiyyə, kənd təsərrüfatında süni intellektdən istifadə və iqlim dəyişikliyi sahələrində əlaqələri genişləndirmək barədə razılığa gəliblər.

Ağarza Elçinoğlu