Ukrayna İl-76 hərbi nəqliyyat təyyarəsində həlak olan 65 hərbi qulluqçusunun siyahısını təsdiqləyib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Hərbi Əsirlərin Məsələləri üzrə Koordinasiya Qərargahı məlumat yayıb. 

Qeyd olunub ki, 65 hərbi qulluqçunun həqiqətən də yanvarın 24-də dəyişdirilməsi planlaşdırılıb: "Koordinasiya qərargahı təsdiq edir ki, bu siyahıdan olan 65 ukraynalı müdafiəçinin yanvarın 24-nə planlaşdırılan mübadilə çərçivəsində həqiqətən də Ukraynaya qaytarılması planlaşdırılırdı". 

Söhbət Rusiya tərəfinin dərc etdiyi siyahıdan gedir.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi siyahıdakı bəzi məlumatların yalan olduğunu və adı çəkilən hərbi əsirlərin bəzilərinin artıq dəyişdirildiyini bildirmişdi. 

Ağarza Elçinoğlu