“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünün ilk hissəsinin ən yaxşı oyunçusu seçilib.
"Unikal" xəbər verir ki, 32 yaşlı hücumçu bu mövsüm İngiltərə çempionatında meydana çıxdığı 27 oyunda 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
İkinci yeri “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri tutub. Salahın komanda yoldaşı Vircil van Deyk isə üçüncü sırada qərarlaşıb.