Xəbər verildiyi kimi, Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

"Unikal"ın məlumatına görə, yanğın nəticəsində ümumi sahəsi 2340 m² olan bazar ərazisində bir-birinə bitişik sahəsi 130 m² olan müxtəlif təyinatlı 8 mağazanın yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik tikilən iki mağazanın lambirdən ibarət tavanı 14 m² sahədə əriyib.

Bazarın böyük hissəsi yanğından mühafizə olunub.

***18:04

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. 

"Unikal" xəbər verir ki, yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***17:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir şəhəri, 20 Yanvar küçəsində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.