Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Rəcəb Uçarla yollarını ayırıb.
"Unikal" xəbər verir ki, 48 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Bu, cari mövsüm ölkə çempionatında 21-ci, Kayseri təmsilçisində isə 2-ci baş məşqçi istefasıdır.