Türkiyənin “Qalatasaray” klubunun fransalı müdafiəçisi Saşa Boe Almaniyanın “Bavariya” klubuna keçib.
"Unikal" xəbər verir ki, futbolçu bu gün səhər saatlarında Münxenə uçub. Bundesliqa təmsilçisinin 23 yaşlı oyunçu ilə 4,5 illik müqavilə bağlayacağı bildirilib.
Qeyd edək ki, Saşa Boe 2021-ci ildən çıxış etdiyi “Qalatasaray”ın heyətində 83 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.