Xaçmaz rayonunun Yalama kəndində evdə yanğın olub.

"Unikal" xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.