Oğuz şəhər sakini evində ölü tapılıb.
"Unikal" xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən həyət evlərindən birində baş verib.
Belə ki, həmin ünvanda tək yaşayan 1967-ci il təvəllüdlü Elşən Ənvər oğlu İbrahimovdan bir neçə gün xəbər gəlmədiyi üçün yaxınları polisə müraciət ediblər. Evə baxış zamanı 57 yaşlı E.İbrahimovun cansız bədəni aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli