Azərbaycandan Rusiyaya 612 min ədəd daha iki partiya ərzaq yumurtası gətirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

"Yanvarın 27-də Rusiyaya sonrakı satış üçün "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyaları idxal edilib", - deyə bildirilib.

Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.