Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.
"Unikal"ın Rusiya KİV-nə istinadən məlumatına görə, Moskvadan Nalçik istiqamətində hərəkət edən “Neoplan” sərnişin avtobusu Krasnodar diyarında magistral yolda “Hyundai” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
İlkin məlumata görə, avtobus sürücüsü sükan arxasında yuxulayıb və qarşıdan gələn nəqliyyat yoluna çıxaraq yük maşını ilə toqquşub.
Hadisə yerində xilasedicilər və həkimlər işləyir.