Mingəçevirdə idarəermədən çıxan maşın aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Naxçıvan küçəsi üzərində yerləşən nəqliyyat körpüsü üzərində baş verib.

Yoldakı sürüşkənlik səbəbindən idarəetmədən çıxan minik avtomobil körpü üzərindən aşaraq yol kənarına düşüb.

Yaralı sürücü - 1995-ci il təvəllüdlü Hüseynov Hüseyin Ələsgər oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov