İki bacı dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsində baş verib.
Həmin küçədə yaşayan iki bacı - 2009-cu il təvəllüdlü İsmayılova Sehranə Ruslan qızı və 2014-cü il təvəllüdlü İsmayılova Rəna Ruslan qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
Onlar dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada bacılara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Seymur Əli