İstanbulun Sarıyer bölgəsindəki Santa Maria kilsəsində 1 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla əlaqədar ikinci şübhəli şəxs də saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
*** 23:07
İstanbulun Sarıyer bölgəsindəki Santa Maria kilsəsinə silahlı hücum edənlərdən biri saxlanılıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, kilsəyə hücum edənlərdən birinin açdığı atəş nəticəsində 1972-ci il təvəllüdlü şəxs ölüb.
Hazırda digər silahlı şəxsin saxlanılması istiqamətində axtarışlar aparılır.
*** 14:20
Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.
"Unikal" xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.