Parisdə ekofəallar zirehli şüşə ilə qorunan Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Cakonda” (“Mona Liza”) tablosuna şorba töküblər.

"Unikal" xəbər verir ki, bu barədə "France Press" xəbər verir.

Hadisədən sonra rəsm sərgilənən zal dərhal boşaldılıb və təmizləmə işlərinə başlanılıb. 

Özünü "məqsədi cəmiyyəti iqlim və sosial baxımdan kökündən dəyişdirmək olan Fransa vətəndaş müqaviməti kampaniyası" kimi xarakterizə edən "Qida Müqaviməti" (Riposte alimentaire) adlı bir təşkilat məsuliyyəti öz üzərinə götürüb və  hadisəni “davamlı qida üçün sosial təminat” tələbi məqsədilə “vətəndaş müqaviməti kampaniyasının başlanğıcı” adlandırıb.