Rusiyanın Çelyabinsk vilayətinin Zlatoust şəhərində arxa oturacaqda yuxuya getmiş sürücü ilə birlikdə taksi oğurlanıb. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, polis oğurluq edən şəxsi saxlayıb. 

Onun sözlərinə görə, isinmək üçün taksiyə əyləşmək istəyərkən sürücünün yatdığını görüb və taksini oğurlamaq qərarına gəlib. 

Onun barəsində sərxoş vəziyyətdə avtomobil idarə etmə və polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri ilə inzibati protokollar tərtib edilib. Məhkəmənin qərarı ilə həmin şəxs 19 sutka həbs edilib. Faktla bağlı oğurluq maddəsi ilə də cinayət işi də açılıb.