İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə saat 19 radələrində İmişli rayonunun Çahar kəndi ərazisində qeydə alınıb. Camal Musayev idarə etdiyi “Ford” markalı avtomobil rayon sakini Həsən Şəmiyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.