Cəlilabad rayonunda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş azyaşlı vəfat edib.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
“Cəlilabad rayonunun Günəşli kənd sakini 21.09.2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin bütün səylərinə baxmayaraq, yanvarın 28-də, saat 19:40 radələrində azyaşlı ölüb”, - məlumatda bildirilir.
*** 22:06
Cəlilabad rayonunda 4 aylıq oğlan uşağı vəfat edib.
"Unikal" report-a istinadən xəbər verir ki, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.
İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.