Xəbər verdiyimiz kimi, bu gün 29 yaşlı Elşad Astanov İmişli rayonunda göldə ov edərkən qayığın aşması nəticəsində suda boğulub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Elşad Astanov azərbaycanlı iş adamı, “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin keçmiş rəisi, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiri olan Şükür Astanovun oğludur.
Qeyd edək ki, biznesmen kimi fəaliyyət göstərən Elşad Astanov “Orion-E” MMC-nin təsisçisi olub. O, 2 gün əvvəl doğum gününü qeyd edib.
*** 22:14
İmişli rayonunda suda boğulma hadisəsi qeydə alınıb. Ova gedən şəxs gölə düşərək boğulub.
"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında Sarısu gölü ərazisində qeydə alınıb. Elşad Astanov Sarısu gölündə ov edərkən qayığın aşması nəticəsində suya düşüb və boğularaq ölüb. Onun cəsədi batdığı yerdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Nuranə Abbasova