Finlandiyada Milli Koalisiya Partiyasının (Saml) namizədi, ölkənin keçmiş baş naziri və keçmiş xarici işlər naziri Aleksandr Stubb prezident seçkilərində şərti olaraq liderdir.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, indiyədək bülletenlərin 80%-i emal olunub. Vətəndaşların 27,4%-i Stubb-a, 25,2%-i Yaşıllar İttifaqı fraksiyasının üzvü və Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pekka Haavistoya, 18,5%-i isə parlamentin spikeri, ifrat sağçı Finlər Partiyasının keçmiş rəhbəri Yussi Hallaya səs verib.

Qalan namizədlər 10%-dən az səs toplayıblar.