İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran Silahlı Qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin həlli üçün Pakistana gəlib.

"Unikal" xəbər verir ki, səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub.

Xatırladaq ki, yanvarın 16-da İran Silahlı Qüvvələri “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.

Əlavə edək ki, 17 yanvar Pakistan İranın cənub-şərqində yerləşən Sistan və Bəlucestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.