Vaşinqton İordaniyadakı ABŞ bazasına hücuma cavab variantlarını nəzərdən keçirir və İrana qarşı gizli əməliyyat keçirməyi istisna etmir.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr qeyd edib ki, Amerika bazasına hücum ABŞ hakimiyyətinin “həlledici reaksiyasına” səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, Vaşinqton mümkün hərbi kampaniyada iştirakını elan etməyəcək. Onlar bunun Vaşinqton və Tehran arasında birbaşa qarşıdurmaya çevrilə biləcəyini irəli sürüblər.

Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib.

Gülayə Mecid