İngiltərə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

"Unikal" xəbər verir ki, ötən gecə "Liverpul" öz meydanında "Norviç Siti"ni qəbul edib. 5:2 hesablı qələbə qazanan Premyer Liqa təmsilçisi 1/8 finala yüksəlib.

"Liverpul" - "Norviç Siti" 5:2
Qollar: Körtis Cons, 16, Darvin Nenes, 29, Dieqo Jota, 53, Van Dayk, 63, Rayan Qravenbex, 90+5 - Ben Gibson, 22, Borxa Sains, 69