Yanvarın 28-də İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücum edilib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, PUA zərbəsi nəticəsində 3 amerikalı hərbçi həlak olub, yaralı əsgərlərin sayı azı 34-ə çatıb.
"Daha yaxşı tibbi xidmət göstərmək üçün səkkiz yaralı hərbçini İordaniyadan təxliyə etmək lazımdır", - bəyanatda deyilir.
Seymur Əli