"Rusiya hakimiyyəti 2022 və 2023-cü illərdə dolların qlobal ehtiyat valyutası kimi zəiflədilməsi yollarını müzakirə etmək üçün görüşlər keçirib".
"Unikal" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, Moskvanın son məqsədi İkinci Dünya Müharibəsindən sonra yaradılmış qlobal maliyyə sistemini “dağıtmaq”dır: "Nəticədə bu sistemin Vaşinqtona verdiyi güc məhv olacaq".
WP-nin istinad etdiyi 2023-cü ilin aprelindən olan sənəddə qismən deyilir: “Ən mühüm vəzifələrdən biri yeni dünya nizamının yaradılmasıdır. ABŞ başda olmaqla Qərb dövlətləri öz dominantlıqlarına əsaslanaraq öz strukturlarını tətbiq etməyə çalışdılar”.
Digər sənəddə Rusiya və Çin arasında süni intellekt, kiber sistemlər və əşyaların interneti sahəsində əməkdaşlıqdan bəhs edilir.
Moskva və Pekinin alternativ ödənişlərin yeni maliyyə sistemi yaradacağı güman edilir. Nəşr qeyd edir ki, bu, qlobal maliyyə əməliyyatlarında Qərbin hökmranlığından yan keçmək üçün zəruridir.
Sənədin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən imzalandığı və ötən ilin yayında Kreml tərəfindən yayıldığı iddia edilir.
Gülayə Mecid