Bu gün İran ordusu tam hazırlığın zirvəsindədir və düşmən tərəfindən istənilən təhlükəyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə İran Respublikası Quru Qoşunlarının Koordinasiya üzrə Ali Baş Komandanının müavini admiral Həbibolla Sayari məlumat verib.

Admiralın sözlərinə görə, İran ordusunu çətin missiya gözləyir: "Ərazi bütövlüyünün qorunması, ölkənin müstəqilliyi və ictimai asayişin müstəqilliyi ordu üçün üç mühüm məsələdir ki, bu da hər zaman hazırlıq vəziyyətində olmalıdır". 

O vurğulayıb ki, bu gün silahlı qüvvələrin döyüş, müdafiə və profilaktika imkanları yaxşı hazırlanıb və ixtisaslı kadrlar, eləcə də yerli istehsal olunan yenilənmiş texnika sayəsində çox yüksək səviyyədədir. 

Ağarza Elçinoğlu