"Mən Zelenskinin ölməsini, Ukraynanın isə təslim olmasını istərdim".

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Zaporojye vilayətindən (Ukrayna ərazisi. - red) olan senatoru Dmitri Roqozin jurnalistin "2024-cü ildə Ukrayna və şəxsən Zelenskiyə nə arzu edərdiniz?" sualına cavabında deyib. 

Bununla yanaşı, Roqozin  Kiyev və Moskva arasında davam edən müharibənin Rusiyanın qələbəsi ilə yekunlaşacağını bildirib:

"Mən prezidentin ( Rusiya Prezidenti Vladimir Putin. - red)  bizim qarşımıza qoyduğu vəzifələrin - demilitarizasiya və denazifikasiyanın yerinə yetirilməsinin tərəfdarıyam. Bu isə hərbi geyimli ukraynalı kişilərin məhv edilməsi kimi başa düşülməməlidir. 30 il çəksə belə, denazifikasiya aparılmalıdır. Ukrayna cəmiyyətinin rəhbərinin təkəbbürlü təsərrüfat üstünlüyü hissini yıxmaq və Ukrayna faşizminin liderlərini fiziki cəhətdən məhv etmək lazımdır". 

Gülayə Mecid