Yanvarın 29-da Günəşdə M sinifli güclü partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.

Partlayış qısa dalğalı radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub.

Məlumata görə, 1 dəqiqəlik yanğından sonra Yerə yaxın fəzaya proton axını daxil olub və bu, maqnit qasırğasına səbəb ola bilər.

Ağarza Elçinoğlu