İstanbuldan Antalyaya uçan Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsini ildırım vurub.

"Unikal" xəbər verir ki, hadisə təyyarənin İstanbul Hava Limanından havaya qalmasından az sonra baş verib.

Bundan sonra təyyarənin pilotu İstanbul Hava Limanı Hava Hərəkəti İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb və təcili eniş edib. 

Təyyarəyə texniki heyət tərəfindən baxış keçirilir.

Ağarza Elçinoğlu