Nikol Paşinyanın Azərbaycana zəmanət, silahlara nəzarət və təcavüz etməmə ilə bağlı təkliflərinə siyasi münasibət göstərilməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

Onun sözlərinə görə, müvafiq impulslar olarsa, müzakirələr başqa mərhələyə keçəcək: "Biz qonşularımızla münasibətlərin tam tənzimlənməsi və sülh müqaviləsinin bağlanması yolunda səmimi olaraq maraqlıyıq. Bilirsiniz ki, yanvarın 4-də biz müvafiq protokolun mətninin yenilənmiş variantını göndərmişik, Azərbaycanın cavabını gözləyirik. Dünən açıqlamalar verildi ki, yaxın müddətdə göndəriləcək".

Ağarza Elçinoğlu