İranda İsrail kəşfiyyatı Mossad adına fəaliyyət göstərmək ittihamı ilə mühakimə olunan 4 nəfər edam edilib. 

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, Məhəmməd Feramerzi, Muhsin Mazlum, Vefa Azərbər və Pejman Fatihin edamları səhər saatlarında icra edilib. 

Rejim əleyhdarı Komala təşkilatına üzv olduqları iddia edilən şəxslərin İraqın şimalından İrana sızdığı və İsfahanda müdafiə sənayesi obyektinə hücum planı hazırlayarkən nəzarətə alındığı bildirilib. 

Sözügedən 4 nəfər 2023-cü il sentyabrın 18-də İsrail kəşfiyyat xidməti Mossad-da işlədikləri üçün edam cəzasına məhkum edilib.

Gülayə Mecid