Sumqayıt şəhərində mənzildən 1961-ci il təvəllüdlü Mustafayeva Tatyana Vasilyevnanın meyiti tapılıb.

"Unikal"  xəbər verir ki, onun 2 gün öncə mənzildə vəfat etdiyi bildirilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkar olunan meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.