Tailandın Pattara şəhərində binadan tullanan paraşütçü Neti Odinson faciəvi şəkildə həyatını itirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı Odinson adlı britaniyalı paraşütündə yaranan problemlər səbəbindən 29-cu mərtəbədən yerə çırpılıb.

Həyatını itirən Odinson yüksək binalardan atlayaraq dünya rekordu qırıbmış. Məlumata görə, o, 5000-dən çox binadan atlayıbmış.