Hamımız hansı super gücə sahib olmaq istədiyimizi düşünürük. Uçmaq, vaxtı dayandırmaq və ya görünməz olmaq hər bir uşağın arzusudur, lakin biz bunun gerçəkləşməsini gözləmirik. Bununla belə, dünyada az sayda insan izahı qeyri-mümkün görünən güclərə sahib olduqlarını iddia edir.

”Unikal” həmin insanları təqdim edir:

70 ildə su içməyən və yemək yeməyən insan 

Süper güçleri olan insanlar var mı? Bilim insanları bu insanları inceledi - 1

Hindu din xadimi olan Prahlad Jani adlı bir kişi 70 ildən çox su içmədiyini bildirib. Bundan sonra həkimlər onu müayinə etmək üçün iki həftəlik sınaq keçiriblər. Belə ki, bu müddətdə Jani  bir dəfə də olsun nə yemək yeyib, nə də su içib. Bunu görən həkimlər hadisə qarşısında məəttəl qalıblar. Din xadimi 2020-ci ilin mayında 91 yaşında vəfat edib.

Buz adam 

Süper güçleri olan insanlar var mı? Bilim insanları bu insanları inceledi - 2

Altı uşaq atası olan 64 yaşlı Wim Hof soyuğa rekord qıran dözümlülüyü sayəsində şöhrət qazanıb. Wim Hof şortiklə donmuş Kilimancaro dağına çıxıb, 112 dəqiqə buz kublarının içində dayanıb və qarda ayaqyalın qaçıb. Təəccüblüsü budur ki, “Buz adamı” əslində soyuğu o qədər də sevmir, hətta nifrət edir.

50 il yatmayan insan

Süper güçleri olan insanlar var mı? Bilim insanları bu insanları inceledi - 3

Vyetnamlı fermer Thai Ngoc yarım əsrdir yatmadığını iddia edib. Həkimləri çaşdıran isə odur ki, 81 yaşlı kişi niyə və necə yata bilmədiyi və ya yorğun hiss etmədiyi barədə "heç bir fikri olmadığını" söyləyib.

X-RAY gözləri olan qız

Süper güçleri olan insanlar var mı? Bilim insanları bu insanları inceledi - 4

Nataşa Demkina adlı gənc qadın rentgen qabiliyyətinə malik gözlərə sahib olduğunu iddia edir. Gənc qadın deyir ki, o, normal görmə ilə yanaşı, nüfuzedici görmə formasından istifadə edərək birbaşa bədənlərin içini görə bilir.

Zərifə Nağıyeva