Ermənistan tərəfi KTMT-nin ötən il Minskdə keçirilən sammitində qəbul edilmiş yekun sənədlərini hələ də imzalamayıb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib. 

O, qeyd edib ki, bu sənədlərlə bağlı müzakirələr hələ də davam edir.

Xatırladaq ki, sənədlər paketi noyabrda təşkilatın sammitinin təşkil olunduğu Minskdə qəbul edilib.

Ağarza Elçinoğlu