“Beynəlxalq ictimaiyyəti aclıq və epidemik xəstəliklər nəticəsində girov götürülən 2 milyon insanın müxtəlif üsullarla məhv edilməsinin qarşısını almaq üçün tədbirlər görməyə dəvət edirəm”.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tiranada Albaniyanın Avropa və Xarici İşlər naziri İqli Həsəni ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Qəzzada davam edən faciəyə diqqət çəkən Fidan on minlərlə günahsız fələstinlinin qətliamının davam etdiyini bildirib.

"Minlərlə insanı güllə və bombalardan itirdiyimiz halda, indi Qəzzada İsrailin girov saxladığı milyonlarla fələstinlinin aclıq və epidemiyalarla qətlə yetirilməsi təhlükəsi ilə üz-üzəyik. Bu, böyük bir fəlakətin xəbərçisidir", - o deyib.

Gülayə Mecid