Xəbər verdiyimiz kimi, Gəncədə ağır yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, qəza nəticəsində ölən 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərov sahibkardır.

O, Gəncə şəhərində avtomobillərin mühərrik yağını satışı ilə məşğul olub.

*** 16:44

Gəncə şəhərində ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Qara Qarayev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində qeydə alınıb. "Ford" markalı yük avtmobili ilə "Lexus" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən biri idarəetmədən çıxaraq səki ilə gedən piyadanın həyatına son qoyub.  Ölən şəxsin 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərov olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Tural Əhmədov