Ağdamın İmamqulubəyli kəndində evdə baş verən yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli evin 80 kvadratmetr hissəsi yanıb.

Yanğının evin digər hissəsinə yayılmasının qarşısı alınıb.

*** 17:06

Ağdam rayonunun İmamqulubəyli kəndinin sakini Hüseynov Sənan Elbrus oğluna məxsus evdə yanğın başlayıb.

"Unikal" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib. Hazırda yanğının yayılmasının qarşısı alınır.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.