Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.
"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə o bildirib.
*** 18:58
Sabunçu rayonunun Zabrat qəsəbəsində 75 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi 7 nəfər yeniyetmə tərəfindən döyülüb.
"Unikal" xəbər verir ki, bu barədə şagirdin valideyni Ayşə Cabbarova bildirib.
Onun sözlərinə görə, oğlu ilə repetitor yanına gedən 7 nəfər şəxs ona qarşı fiziki və psixoloji təzyiq göstəriblər.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.