Ötən il İran Müdafiə Nazirliyinin sənaye müəssisələrindən birinə terror aktı hazırladıqlarına görə saxlanılan İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əlaqəli qrupun 4 üzvü haqqında ölüm hökmü çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

“Ötən il İsfahanda partlayıcı maddələrdən istifadə etməklə terror aktı törətməyə hazırlaşarkən saxlanılan İsrail rejiminin casus təşkilatının əməliyyat qrupunun dörd üzvü haqqında edam hökmü icra edilib”, - deyə qeyd olunub.