Rusiya prezidenti Vladimir Putin fevralda Türkiyəyə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yayıb.

“Yəqin ki, Ukrayna məsələsi danışıqların əsas mövzularından biri olacaq”, - deyə Yuri Uşakov bildirib.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Şimali Koreyanın dövlət mediası Vladimir Putinin yaxın gələcəkdə Şimali Koreyaya səfər etməyi planlaşdırdığı barədə məlumat yayıb.