Ermənistanda mühasirədən çıxan Leninqrad uşaqlarına həsr olunmuş abidə təhqir edilib.
"Unikal" xəbər verir ki, vandalizm aktını erməni "fəal" Samvel Şirinyan törədib.
O, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Qarabağda hər hansı bir etnik təmizləmə aparılması ilə bağlı rəsmi sənədin olmadığını bildirməsini həzm edə bilməyib.
Şirinyan rusları faşist adlandıraraq “Bəs Leninqradın mühasirəyə alınmasına dair hər hansı sənəd varmı?" deyib və abidənin önünə qoyulmuş əklillərə təpik vurub.
Bundan əvvəl də o, abidənin önündəki Rusiya bayraqlarını ayaq altına alaraq əzib.
Nuranə Abbasova