İspaniyanın Valensiya şəhərində kimsəsiz uşaqların cəsədlərini xəstəxanalardan saxta sənədlərlə oğurlayaraq tibb fakültələrinə satan cinayətkar təşkilatın aşkarlandığı bildirilib.

"Unikal" xəbər verir ki, yaşları 41 ilə 74 arasında olan 4 kişi İspaniya vətəndaşı cəsədi oğurlamaqda şübhəli bilinərək tutulub.

Polis İdarəsindən verilən açıqlamalarda İspaniya Milli Polisinin şəhərdə keçirdiyi əməliyyatda yaşları 41-74 arasında olan 4 kişi İspaniya vətəndaşının cəsədləri oğurlayıb satdıqları üçün tutulduğu açıqlanıb.

Açıqlamada cinayət təşkilatının xəstəxanalarda və ya qocalar evlərində vəfat edən kimsəsiz uşaqların cəsədlərini saxta sənədlər hazırlayaraq qəbul edərək meyit kimi istifadə olunmaq üçün tibb fakültələrinə satdığı bildirilib.

İspaniya polisi, 2023-cü ilin əvvəlində vəfat edən bir şəxsin cəsədinin cənazə evi tərəfindən Valensiyadakı xəstəxananın meyitxanasından qeyri-qanuni olaraq çıxarıldıqdan sonra istintaqa başlanıldığını və xəstəxana qeydiyyatı və sənədlərin vətəndaşlıq qeydiyyatı şöbəsi saxtalaşdırılıb idarəyə təqdim edildiyini qeyd edib.

Açıqlamada qeyd olunub ki, sözügedən cinayətkar təşkilat yetim, qoca və ya həyati təhlükəsi olan şəxsləri izləyir və onlar öldükdən sonra saxta sənədlərlə cəsədləri götürərək 1200 avroya tibb fakültələrinə satırlar.