İzmirin Dikili rayonunda balıqçı gəmisi batıb. 

"Unikal" xəbər verir ki, hadisə nəticəsində gəmidə olan 10 nəfərdən üçü ölüb, 2 nəfər isə itkin düşüb. 

Sahil Təhlükəsizlik Komandanlığı qruplarının 3 qayıq və 1 helikopteri bölgədə axtarış-xilasetmə işlərinə başlayıb. İtkin düşmüş şəxslərin axtarışları davam edir.

Ağarzaa Elçinoğlu