Beyləqan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 110-cu kilometrliyində, Beyləqan rayonunun İmamverdili kəndi ərazisində qeydə alınıb.

Yük maşını ilə "VAZ" markalı avtomobilin toqquşması zamanı 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.