ABŞ prezidentliyinə namizəd Nikki Haley Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarə ilə hücuma görə məsuliyyət daşıyan İran liderlərinin istefaya göndərilməsini istəyib.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"İran bilir ki, Amerikaya qalib gələ bilməyəcəklər. Onlar bunu öz üzərlərinə götürmək istəmədiklərini bilirlər. Problem ondadır ki, sudan qan iyi gəlir. Onlar Baydenin Əfqanıstandan Ukraynaya qədər zəifliyinin iyini hiss edirlər", - deyə siyasətçi qeyd edib.

Heyli həmçinin əlavə edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası “hansı İran liderlərinin qərarlar qəbul etdiyini öyrənməli və onları aradan qaldırmalıdır”. Namizədin təşviqat qərargahı nəşrə izah edib ki, o, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyini nəzərdə tutur. Siyasətçi İrana da analoji zərbə endiriləcəyi təqdirdə Yaxın Şərqdə eskalasiyanın mümkünlüyü ilə bağlı sualları da rədd edib.

Gülayə Mecid